Cəbhədə daha bir erməni hərbçi öldürülüb

Cəbhədə daha bir erməni hərbçi öldürülüb
11:49 19 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gedən döyüşlərdə daha bir erməni hərbçi öldürülüb.

 

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, atışma Dağlıq Qarabağcəbhəsində baş verib. Azərbaycan Ordusunun açdığı atəş nəticəsində 19 yaşlı hərbçi Fidar Aloyan ölüb.

 

Qeyd edək ki, son günlər qoşunların təmas xəttində vəziyyət xeyli gərginləşib. Erməni silahlı bölmələri son bir neçə gündə bir neçə hərbçisini itirib. Azərbaycan Ordusu da döyüşlərdə itki verib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225813

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR