Heyvanlar arasında xəstəliklərə qarşı profilaktik tədbirlər görülür

Heyvanlar arasında xəstəliklərə qarşı profilaktik tədbirlər görülür
14:03 19 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Sabirabad, 19 dekabr, Mahir Babayev, AZƏRTAC
Sabirabadda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı növbəti peyvəndləmə və müayinə işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, rayonda mövcud olan 115 min iribuynuzlu mal-qaranın 20 mini artıq peyvənd olunub. Vaksinasiya prosesini vaxtında başa çatdırmaq üçün baytarlıq idarəsinin 21 baytar-həkimi səfərbər edilib.
Rayon baytarlıq idarəsinin rəisi Fikrət Rəsulov bildirib ki, qış fəslində heyvanlarda dabaq xəstəliyinin yayılma riski böyük olur. Xəstəlik başqa təsərrüfatlardan gələn heyvanla, yemlə, örüş-otlaq sahələrindən keçir və sürətlə yayılır. Dabaq xəstəliyi heyvanların çəkisinin, südünün azalmasına, ağız boşluğunda və dırnaqlarda yaraların yaranmasına səbəb olur. Həkimlər iribuynuzlu heyvanlarla yanaşı, rayonun müxtəlif təsərrüfatlarında xırdabuynuzlu, eləcə də ev quşları arasında da profilaktik mübarizə tədbirləri görür.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyvanlar_arasinda_xesteliklere_qarsi_profilaktik_tedbirler_gorulur-912666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR