Qazaxıstanda “Pavlodar-open”  Beynəlxalq şahmat turniri başa çatıb

Qazaxıstanda “Pavlodar-open”  Beynəlxalq şahmat turniri başa çatıb
20:48 19 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Qazaxıstanda “Pavlodar-open” Beynəlxalq şahmat turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışa qatılan 83 idmançı arasında Azərbaycanı qrossmeyster Vüqar Rəsulov təmsil edib. O, 6,5 xalla on ikinci yeri tutub.
Fəxri kürsünün ən yüksək pilləsinə rusiyalı Sergey Yudin qalxıb.
“Pavlodar-open” turnirinin mükafatları uğrunda Qazaxıstan, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Qırğızıstan və Özbəkistandan şahmatçılar mübarizə aparıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR