Bu ilin "Dünya gözəli" o oldu - fotolar

Bu ilin "Dünya gözəli" o oldu - fotolar
11:01 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Çinin Sanya şəhərində “Dünya gözəli-2015” beynəlxalq gözəllik müsabiqəsi baş tutub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, yarışmanın builki qalibi ispan gözəli Mireya Lalaquna Royo olub. İkinci yeri isə rusiyalı Sofiya Nikitçuk tutub. Üçüncü yerin sahibi isə indoneziyalı iştirakçı Aninda Kusuma Putri olub.

Qeyd edək ki, müsabiqəyə 115 ölkənin nümayəndələri qatılıb. Finalda isə “gözəllik kraliçası” tacı uğrunda cəmi 25 namizəd mübarizə aparıb.

Xatırladaq ki, ötən il “Dünya gözəli” adını CAR-dan Rolin Strauss qazanmışdı.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR