Bərdədə avtomobil yanıb, sürücü xəsarət alıb

Bərdədə avtomobil yanıb, sürücü xəsarət alıb
17:42 20 Dekabr 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 20 dekabr. REPORT.AZ/ Bərdə rayonunda minik avtomobili yanaraq kül olub. "Report"un məlumatına görə, hadisə rayonun Əyricə kəndində baş verib. 
Belə ki, "VAZ-2106" markalı avtomobilin mühərrik hissəsində baş verən yanğın qısa vaxtda güclənib.
Nəticədə avtomobilin salon hissəsi də yanıb. Hadisə yerinə iki yanğın söndürən maşını və canlı qüvvə cəlb edilib.
Yanğını söndürmək istəyən sürücü İlham Məmmədov xəsarət alıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/berdede-avtomobil-yanib-surucu-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR