Təkmillşəşmiş Infiniti - FOTO

Təkmillşəşmiş Infiniti - FOTO
19:12 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Infiniti"-dən xəbərlər davam edir - yenilənmiş sedan "Q50" ilə yanaşı, şirkət Detroytdakı avtosalonu gözləmədən krossover "QX60"-ı da (əvvəlki JX) təqdim etdi. Fərqli radiator barmaqlığı və yeni optika kimi bir sıra yenilikləri saymaq olar, lakin bir sözlə demək lazımdır ki, böyük "QX60" ilk yenilikdən sonra çox gözəl olub.

Milli.Az auto.az-a istinadən bildirir ki, digər mühüm apqreydlər sırasında amortizatorları və sükanın yenidən tənzimlənmiş elektrik gücləndiricisi olan yeni yayları, hibrid versiyada mühərrikin fəal dayaqlarını ("Infiniti"-də az vibrasiya olacağına vəd edirlər) və səsin daha yaxşı boğulması üçün 3 qat şüşələri göstərmək olar. Yeddi yerli "Inifiniti"-nin yenilənməsində bonus olaraq 3-zonalı "klimat"ı göstərmək olar.

Mühərrik qamması əvvəlki kimi qalıb: 262 a.g. (334 Nm) verən 3,5-litrlik atmo-V6 və ya 2,5-litrlik "dördlük"lü hibrid sistem və elektrik mühərriki (250 a.g.-lü 330 Nm). Hər iki hal üçün "X-Tronic" variatoru nəzərdə tutulub. "QX60" gələn il bazara çıxarılacaq.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR