Azərbaycanda xarici tur paketlərin qiymətləri bahalaşacaq

Azərbaycanda xarici tur paketlərin qiymətləri bahalaşacaq
13:58 21 Dekabr 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda üzən məzənnə siyasətinin həyata keçirilməsi daxili turizm üzrə deyil, yalnız getmə turizm üzrə turizm xidmətlərinin qiymətlərinin bahaşmasına səbəb olacaq.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, getmə turizmlə məşğul olan turizm şirkətləri xarici şirkətlərlə müqavilələri avro və ya dollarla hesablaşmalar əsasında bağlayırlar. Buna görə də manatın dollar və avroya nisbətən məzənnəsinin dəyişməsi getmə turizm üzrə də tur paketlərin qiymətlərinin artmasına səbəb olacaq.

Qiymətlərin nə qədər bahalaşa biləcəyinə gəldikdə, M.Ağakərimov deyib ki, bu, turizm şirkətlərinin xarici şirkətlərlə bağladığı müqavilədən asılı olacaq: “Turizm şirkətləri bunu hələ dəqiqləşdirəcəklər. Bu, turizm şirkətlərinin xarici turizm şirkətləri ilə apardığı hesablaşmalar zamanı bilinəcək”.

M.Ağakərimov qeyd edib ki, turizm şirkətləri qiymətlərin bahalaşmasına görə artıq paket alan müştərilərindən əlavə pul almamalıdırlar. Belə hal olarsa, turistlərin hüquqlarının pozulduğunu deyən M.Ağakərimov qeyd edib ki, bu cür halların baş verməməsi üçün turist turizm şirkətləri ilə müqavilə bağlamalıdır.

Turistlərə ölkə daxilində istirahət etməyi məsləhət görən M.Ağakərimov əlavə edib ki, hazırda Azərbaycandan xaricə - Avropaya və digər ölkələrə istirahət üçün gedən turistlərin sayı azalıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2472033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR