Ötən gün qeydə alınmış 60 cinayət faktından 14-nün üstü “isti izlər”lə açılıb

Ötən gün qeydə alınmış 60 cinayət faktından 14-nün üstü “isti izlər”lə açılıb
18:03 21 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 60 cinayət faktından 14-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb, 4 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 12 nəfər tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_gun_qeyde_alinmis_60_cinayet_faktindan_14_nun_ustu_isti_izlerle_achilib-913006

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR