Lökbatandakı atışma ilə bağlı cinayət işi açıldı

Lökbatandakı atışma ilə bağlı cinayət işi açıldı
09:38 22 Dekabr 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Lökbatandakı atışma ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, ötən gecə Bakının Lökbatan qəsəbəsində yerləşən restoranlardan birində müştərilər arasında mübahisə nəticəsində atışma baş verib.

Trend-in əldə etdiyi məlumata görə, “Zeytə park” adlanan restoranda atışma nəticəsində ən azı 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.

1 saylı Şəhər Kliniki Xəstəxanasından isə Trend-ə bildirilib ki, hadisə nəticəsində xəsarət almış 5 nəfər xəstəxanaya gətirilib. Onlardan 2-si artıq evə buraxılıb, 1-i başqa xəstəxanaya köçürülüb, 2-si isə hazırda xəstəxanada müalicə alır. Onların vəziyyətinin sabit olduğu deyilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2472404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR