Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan İran tərəfinə yüklərin Qara dənizə nəqli üçün "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizindən istifadə etməyi təklif edib.
Trend-in məlumatına görə, rəsmi Tehrana İran yüklərinin Azərbaycan və Gürcüsran ərazisi ilə Rusiyaya, eləcə də Qərb istiqamətində Qara dənizə nəqli üçün "Şimal-Cənub" dəmir yolu nəqliyyat dəhlizindən və nəqliyyat infrastrukturundan istifadə etməyi təklif edib.
Qeyd edək ki, Dövlət Komissiyasının 10-cu iclası ötən gün işinə başlayıb. Komissiyanın Azərbaycan tərəfindən rəhbəri Şahin Mustafayev, İran tərəfindən isə rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezidir.
Bizi Twitter-dən izləyin: @trend_az