Səudiyyə Ərəbistanı Yəmənin buraxdığı ballistik raketi vurub

Səudiyyə Ərəbistanı Yəmənin buraxdığı ballistik raketi vurub
13:17 22 Dekabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının raket əleyhinə müdafiə xidməti dekabrın 21-də Yəməndən buraxılan və Cizan vilayətinə doğru istiqamətlənən ballistik raketi vurmağı bacarıb.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, raketin hədəfi Krallığın cənub hissəsindəki neft istehsal edən infrastruktur olub. Bunu Yəmən ordusunda olan husilərin tərəfdarları məlumat verib.
Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi SPA-nın məlumatına görə isə elə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın mətbuat katibi raketin Cizan şəhərinə yönəldiyini bildirib.
Öz növbəsində, husilərin xəbər agentliyi olan "Saba" briqada komandiri Şərəf Lukmana istinadən "Saudi Aramco" neft şirkətinin infrastrukturuna yönəlmiş raketin hədəfi vurduğunu xəbər verib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/seudiyye-erebistani-yemenin-buraxdigi-ballistik-raketi-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR