Rahid Əmirquliyev "Qarabağ"da

"Qarabağ" 2015-16 mövsümündə yaranan fasilədə ilk transferini reallaşdırıb.

Qış fasiləsi başlar-başlamaz komanda sıralarına yeni futbolçu cəlb olunub. Azərbaycan millisinin üzvü Rahid Əmirquliyev artıq "Qarabağ"ın uğurları üçün tər tökəcək. 26 yaşlı yarımmüdafiəçi Qusar futbol məktəbinin yetirməsidi. 2006-cı ildə "Xəzər Lənkəran"a transfer olunan Əmiquliyev bugünə qədər "ağ-yaşıllar"ın heyətində çıxış edib.

Rahid "Qarabağ"la 2,5 illik müqaviləyə imza atıb. Millimizin üzvü yanvarın 5-də komandanın sıralarına qoşulacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR