Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 Dekabr
20:24 22 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ
 
Klassiklərin əsərləri əsasında cıza biləcəyimiz azərbaycanlı obrazının əsas ştrixlərindən biri bu ola bilər - fürsətcil. Bəli, yaxşıdır, pisdir, amma biz fürsətcil xalqıq. Fürsətləri dəyərləndirməyi bacarırıq. Və bu zaman xeyri özümüzə, zərəri qonşumuza verdiyimizin fərqinə varmırıq. Və beləcə hamı bir-birinə zərər vuran işlərlə məşğul olaraq ömrü başa vurur. Manat dəyərdən düşən kimi mağazalara cumub ağına-bozuna baxmadan hər şeyi alırıq. Niyə bu qədər tualet kağızı aldığımızı özümüz də bilmirik, bəlkə qonşunun da tualet kağızına ehtiyacı ola biləcəyini unuduruq. “Zərərə düşərəm” deyib, kütləvi şəkildə mağazaları bağlayır, çörək satmaqdan imtina edir, bəlkə kiminsə balası evdə çörək gözləyir deyə düşünmürük. Günün ən populyar sualı olan “dollarla kreditin var” sorğusuna sevincək “yoxdur” deyə cavab verən də bizik, amma mənim olmasa da, qardaşımın, atamın, anamın, qonşumun, dostumun, iş yoldaşımın dollarla krediti ola biləcəyi ağlımıza belə gəlmir. Pullarını vaxtında dollara çevirib indi özünü xoşbəxt sayan, gözündən sevinc ifadələri aşıb-daşan da bizlərik, üstəlik “əşi, sən ki bilirdin, vaxtında dollar alaydın” deyə başqalarına ağıl verən də. Biz buyuq, yəni fürsətcil xalqıq... Allah klassiklərimizə qəni-qəni rəhmət eləsin!
 
Vüqar MƏSİMOĞLU


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226186

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR