Rusiya prezidentinin mətbuat katibi: "ABŞ-ın yeni sanksiyaları məntiqsizdir"

Rusiya prezidentinin mətbuat katibi: "ABŞ-ın yeni sanksiyaları məntiqsizdir"
01:37 23 Dekabr 2015
17 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Rəsmi Moskva hesab edir ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar məntiqsizdir və bu addım iki ölkə arasındaki əlaqələrə xələl gətirəcək. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton Rusiya əleyhinə siyasəti davam etdirir və bu sanksiyalar cavabsız qalmayacaq.
"Əlbəttə, vəziyyət təhlil ediləcək və cavab addımlar atılacaq. Əfsuslar olsun ki, ABŞ zamanın tələblərini nəzərə almır və əlaqələri gərginləşdirmə xəttini davam etdirir", deyə peskov bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR