"Çelsi" Premyer Liqanın bombardirinə "elçi" düşüb

"Lester"in forvardı Ceymi Vardi "Çelsi"nin maraq dairəsinə düşüb.

Metbuat.az "The Telegraph"a istinadən xəbər verir ki, "zadəganlar" qış "transfer pəncərəsi"ndə 30 milyon funt dəyərində qiymətləndirilən ingilis futbolçunu heyətlərinə qatmaq istəyir. Ancaq "Lester" Vardi ilə yollarını ayırmaq niyyətində deyil. Yaxın müddətdə hücumçuya daha yaxşı şərtlərlə yeni müqavilə təklif olunacaq.

"Çelsi" ilə yanaşı, "Mançester Siti" də 28 yaşlı oyunçunun xidmətində maraqlıdı. Serxio Aquero bir daha sıradan çıxsa, "şəhərlilər" "Lester"ə rəsmi təklif göndərəcəklər.

17 matçda meydana çıxan və 15 dəfə fərqlənən Ceymi Vardi hazırda İngiltərə Premyer Liqasının bombardiridi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR