MN: Ermənistan Ordusu nə qədər atəşkəsi pozacaqsa, daha çox cavab zərbələri endiriləcək

MN: Ermənistan Ordusu nə qədər atəşkəsi pozacaqsa, daha çox cavab zərbələri endiriləcək
14:58 23 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Ermənistan Ordusu nə qədər atəşkəsi pozmağa davam edəcəksə, nə qədər yaşayış məntəqələrimizi, dinc sakinləri atəşə tutacaqsa ona daha çox və daha iriçaplı üstün silahlarla cavab zərbələri endiriləcək.

Trend-in məlumatına görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyanın çıxışına cavabında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı bildirib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri öz qüvvəsinin və arsenalındakı silahların çox cüzi bir hissəsindən istifadə edir: “Silahlı Qüvvələrimizin sərəncamındakı silahların dağıdıcı gücü, tətbiq dərinliyi, dəqiqliyi bundan dəfələrlə artıqdır. Erməni tərəfi də bunu yaxşı bilir. Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, ehtiyac yaranarsa, Silahlı Qüvvələrimizin sərəncamındakı digər silahlar da düşmənə qarşı tətbiq olunacaq. O silahlar istifadə olunduğu zaman ermənilərin itkisi onların bu gün ağlına gələ bilməyəcəyi qədər, düşündüklərindən də artıq olacaq. Bunu onlar anlamalıdırlar”.

Nazirlik rəsmisi bəyan edib ki, buna görə də ermənilər gənclərini, erməni millətinin gələcəyini qorumaq istəyirlərsə, işğal altında saxladıqları Azərbaycan ərazilərini birdəfəlik tərk etməlidirlər.

V.Dərgahlı qeyd edib ki, bu gün cəbhədə gərginliyi süni şəkildə yaradan, dövlət sərhədində, qoşunların təmas xəttində işğal olunmuş ərazilərdən Azərbaycan kəndlərini, dinc əhalini atəşə tutan Ermənistan Ordusudur. Hər il onlarla dinc sakin Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində yaralanır, həlak olur. Bu faktlar beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-ə də məlumdur: "Əgər düşmən hesab edirsə ki, biz buna biganə qalacaq, cavab verməyəcəyik çox yanılır. Biz Azərbaycan Ordusu olaraq qarşı tərəfdə dinc əhaliyə maksimum şəkildə toxunmamağa çalışırıq. Hətta, xatırlatmaq yerinə düşər ki, bir neçə ay əvvəl ermənilərin işğal etdikləri Ağdərə ərazisindəki Talış və Madagis kəndlərinin sakinləri xarici KİV-ə müsahibələrində özləri də etiraf eləmişdilər ki, Azərbaycan Ordusu istəsə bizi vura bilər. Amma bunu etmir. Sadə ermənilər Ermənistandakı cinayətkar hərbi rejimin uydurduğu yalanları bu açıqlamaları ilə ifşa etdilər”.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibinin ötən gün yerli KİV-lərdə yayılan və guya Azərbaycan Silahlı Qüvvələrinin il ərzində cəbhədə 215 əsgər itirməsi açıqlamasına da toxunan V.Dərgahlı bunu Artsrun Ovanisyanın “yuxusu” adlandırıb: “Ovanisyanın bu bəyanatı öz müdafiə nazirinin hərəkətləri qədər çox məsuliyyətsiz, heç bir əndazəyə sığmayandır. Onlar öz sayıqlamalarını mətbuat vasitəsi ilə ictimaiyyətə sırımaqda, itkilərini gizlətməkdə ustadırlar. Bu sahədə böyük təcrübələri var. Bizdə olan məlumata görə Ermənistan tərəfi öz itkilərinin sayını gizlədir. İtkiləri o qədər çoxdur ki, onları açıqlamaqdan çəkinirlər. Odur ki, Azərbaycan tərəfinin itkiləri barədə şişirdilmiş, yalan, təxribat dolu xəbərlər yaymaqla erməni ictimaiyyətini qismən də olsa sakitləşdirmək istəyirlər.
Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki hər bir şəhid, yaralanan hərbçi barədə informasiyanı mütəmadi olaraq ictimaiyyətə açıqlayır. Şəhidimizin qanı isə artıqlaması ilə alınır. Azərbaycan ictimaiyyəti əmin olmalıdır ki, torpaqlarımz işğaldan azad edilənədək ordumuz düşmənə qarşı tədbirlərini davam etdirəcək. İşğal altında olduğu hər gün Azərbaycan torpaqlarından Ermənistana əsgər tabutları gedəcəkdir”.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bu sosial şəbəkələr İŞİD-in yuvasına dönüb

25 Sentyabr 2017 18:58

Daşkəsəndə yol qəzası baş verib, xəsarət alanlar var

25 Sentyabr 2017 18:57

Kərkükdə fövqəladə vəziyyət elan olunub

25 Sentyabr 2017 18:52

Samiraldo ondan danışanları YIXIB-SÜRÜDÜ: “Uşağınızı zorlamışam?”

25 Sentyabr 2017 18:48

“Roma” Bakıya 19 futbolçu ilə gəlir

25 Sentyabr 2017 18:47

Ramin Musayev xəbərdarlıq etdi: "Nəticəsi ləğv olunacaq"

25 Sentyabr 2017 18:47

Sızanaqların müalicəsində ən keyfiyyətli üsul

25 Sentyabr 2017 18:43

Bu pişiyin səsini eşidənlər qorxuya düşürlər - VİDEO

25 Sentyabr 2017 18:38

"Roma" 5 hücumçuyla gəlir!

25 Sentyabr 2017 18:37

Oqtay Əliyev qızı ilə belə görüntüləndi - FOTOLAR

25 Sentyabr 2017 18:33

Sumqayıtda minik avtomobili yandı

25 Sentyabr 2017 18:33

Bakıda "Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqres keçiriləcək

25 Sentyabr 2017 18:32

"Roma" Bakıya bu heyətlə gəlir - SİYAHI

25 Sentyabr 2017 18:29

Avropa çempionatı: 1/4 finala yüksələn daha bir voleybol yığmasının adı müəyyənləşib

25 Sentyabr 2017 18:27

SOCAR-da Beynəlxalq Dəniz Gününə həsr olunan aksiya təşkil edilib

25 Sentyabr 2017 18:27

Neftçalaya daha 3 milyon manat vəsait ayrıldı

25 Sentyabr 2017 18:25

Yağış yağmadığına görə mollanı öldürdü

25 Sentyabr 2017 18:23

Bakıda restoranda baş verən silahlı insidentə görə həbs edilən şəxslərin məhkəməsində zərərçəkmiş dindirilib

25 Sentyabr 2017 18:22

Neftçalaya 21,5 milyon manatı ayrıldı

25 Sentyabr 2017 18:18

ABŞ Putini devirmək üçün hərəkətə keçir - RƏSMİ BƏYANAT

25 Sentyabr 2017 18:18

Neftçalada çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayrıldı

25 Sentyabr 2017 18:18

Bakıda Estoniyanın ali məktəblərinə daxil olmaq istəyənlər üçün informasiya sessiyası keçiriləcək

25 Sentyabr 2017 18:17

İlham Əliyev sinqapurlu yeni həmkarını təbrik edib

25 Sentyabr 2017 18:16

Prezindent Neftçalaya 21,5 milyon pul ayırdı

25 Sentyabr 2017 18:14

Neftçalaya 21.5 milyon manat vəsait ayrıldı

25 Sentyabr 2017 18:11

Bu da İbrahim Tatlısəsin gəlini - FOTOLAR

25 Sentyabr 2017 18:09

Azərbaycanda UNİKAL ƏMƏLİYYAT: xəstənin qan dövranı dayandırıldı və... - FOTO

25 Sentyabr 2017 18:08

Manaf Ağayev oğlunun qalmaqallı toyundan danışdı

25 Sentyabr 2017 18:05

İki uşaq arası özünü asdı - AZƏRBAYCANDA

25 Sentyabr 2017 18:04

Mahir Mədətovu bir də belə görün – FOTOLAR

25 Sentyabr 2017 18:03

Prezident İlham Əliyev sinqapurlu həmkarına təbrik məktubu ünvanlayıb

25 Sentyabr 2017 17:57

Dənizkənarı Milli Parkdan yığılan tullantıların həcmi

25 Sentyabr 2017 17:56

Tanınmış jurnalist çətin durumda - Övladı Hüseyn üçün kampaniyaya başladı... - VİDEO

25 Sentyabr 2017 17:53

SOCAR nümayəndələri TAP-ın tikinti ərazisində olublar

25 Sentyabr 2017 17:52

“Coca-Cola” içdikdən 10 dəqiqə sonra orqanizmdə NƏ BAŞ VERİR? - İNANMAYACAĞINIZ GERÇƏKLƏR

25 Sentyabr 2017 17:48

BOS ətrafında təhlükəsizlik tədbirləri gücləndiriləcək

25 Sentyabr 2017 17:47

13 yaşlı fotoqraf vəhşi təbiəti ƏLÇATAN YAXINLIQDA ÇƏKİR

25 Sentyabr 2017 17:43

Azərbaycan 1-ci qrup əlillərə və hərbi qulluqçulara islah işləri təyin olunmayacaq

25 Sentyabr 2017 17:42

Kərküklə bağlı qərar verildi

25 Sentyabr 2017 17:42

İnsan dərisilə üzlənən kitab - SON CÜMLƏ DƏHŞƏT SAÇIR - FOTOLAR

25 Sentyabr 2017 17:38

İstanbulda ombudsmanlar müsəlman ölkələrindəki müharibələri müzakirə ediblər

25 Sentyabr 2017 17:37

Müdafiə naziri Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

25 Sentyabr 2017 17:37

Sentyabrın 26-na manatın məzənnəsi

25 Sentyabr 2017 17:37

Bu smartfonun kamerası “ən yaxşı” adına layiq görülüb

25 Sentyabr 2017 17:35

Azərbaycan “ITU Telecom World 2017” beynəlxalq sərgi-konfransında təmsil olunur

25 Sentyabr 2017 17:35

Səidə bu səbəbə görə Niyamla ailə qurmayıb: "Dedi ki..."

25 Sentyabr 2017 17:34

Ankara İrana görə bu ölkəyə ORDU YERİDƏ BİLƏR - Türkiyədən AÇIQLAMA

25 Sentyabr 2017 17:33

Tamaşaçıları avtobuslarla pulsuz daşınacaq

25 Sentyabr 2017 17:28

Mübariz Qurbanlı QMİ-nin məscidlərə təyin edilən din xadimlərini “imam” adlandırmasına münasibət bildirib

25 Sentyabr 2017 17:27

“Qarabağ” – “Roma” oyununa gedənlər mütləq oxusun: POLİSDƏN XƏBƏRDARLIQ

25 Sentyabr 2017 17:24