Dələduzluqda təqsirləndirlən şəxs azadlığa buraxıldı -MƏHKƏMƏDƏN

Dələduzluqda təqsirləndirlən şəxs azadlığa buraxıldı -MƏHKƏMƏDƏN
15:29 23 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qurban Kazımovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə görə, dəymiş zərər ödəndiyindən Q. Kazımov barəsində şərti cəza verilib.  O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, bu il Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Kazımov tutulub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR