"Keyxanım" xərçəng xəstəsi olan balacaları sevindirəcək

"Keyxanım" xərçəng xəstəsi olan balacaları sevindirəcək
16:26 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva xeyriyyə konserti verəcək.

Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, 30 dekabr 2015-ci il tarixdə baş tutacaq konsert proqramı Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında keçiriləcək. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı – 2016-cı ilin gəlişi münasibətilə təşkil olunan xeyriyyə konsertində Qar qızın xüsusi hədiyyələri olacaq. Qar qız obrazını isə hamının “Keyxanım” kimi tanıdığı aktrisa canlandıracaq.

“Hansısa bayramda, əziz gündə kimisə sevindirmək, şadlandırmaq çox savab bir işdir. Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası elə bir yerdi ki, orada olanların qayğıya, diqqətə daha çox ehtiyacı var. Yəni bu cür ağır xəstəliyin pəncəsində olanları yad etmək, onları sevindirmək, bir-iki saatlığa olsa belə ağrılarını unutmağa yardımçı olmaqdan böyük, savab iş varmı?” - deyə Ülviyyə Əliyeva bildirib.

Konsert proqramında Şaxta baba, klounlar, nağıl personajlarının iştirakı ilə maraqlı səhnəciklər nümayiş olunacaq və klinikada xəstə yatan bütün uşaqlara sürprizlərlə dolu hədiyyələr təqdim ediləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR