Son 3 ildə məzunlar arasında "2" alanların sayı azalıb

Son 3 ildə məzunlar arasında "2" alanların sayı azalıb
17:14 23 Dekabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyi bu i tədris ilinin yekunlarına dair məlumat yayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin 10-11-ci siniflərində tədris təmayüllər üzrə təşkil olunub.

Bundan başqa, cari tədris ilində beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzləri istifadəyə verilib və son 11 ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda ən yüksək nailiyyət əldə edərək, medallara layiq yerlər tutub, tarixi nailiyyət qazanıblar.

Məlumatda qeyd edilir ki, son 3 ildə ümumi təhsil pilləsini bitirən məzunlar arasında “2” qiymət alanların sayı azalıb. 2012-ci il illə müqayisədə 2015-ci ildə IX sinif məzunları arasında “2” alan şagirdlər üzrə göstərici 14% azalıb.

Bu, ümumi təhsil səviyyəsi üzrə təhsilin keyfiyyətində müsbət dəyişikliklərin olmasını deməyə əsas verir.

2015-2016-cı tədris ili üzrə ümumi təhsil məktəblərinin 15 nəfər məzunu ali məktəblərə qəbul imtahanlarında maksimum–700 bal toplayıb.

Müasir peşə standartları əsasında təlimlərdən keçmiş 357 nəfər isə ümumi təhsil məktəblərinə direktor təyin olunub.

 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlərin 131 nəfəri qızıl, 21 nəfəri gümüş medala layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR