Külək olacaq

Külək olacaq
14:04 30 Dekabr 2014
80 Sosial
Ölkə mətbuatı
A- A+

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gün ərzində şimal küləyinin güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 4-7 dərəcə, günün birinci yarısında 7-9 dərəcə, günün ikinci yarısında axşama doğru 2-4 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Lakin axşam əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, əsasən Kür vadisi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək, bəzi yerlərdə 5 dərəcəyədək isti olacaq.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR