Silahlı toqquşmalar nəticəsində 19 nəfər ölüb, 35 nəfər yaralanıb

Silahlı toqquşmalar nəticəsində 19 nəfər ölüb, 35 nəfər yaralanıb
08:05 24 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Yəmənin Taiz şəhərində hökumət tərəfdarları ilə üsyançı husilər ("Ənsər Allah" hərəkatı) arasında növbəti toqquşmalar baş verib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə19 nəfər ölüb, 35 nəfər yaralanıb.
 
Döyüşlərdə 9 üsyançı və 10 hökumət qüvvələrinin hərbçisi ölüb.
 
Xatırladaq ki, dekabrın 15-dən Yəməndə yeddi günlük atəşkəs elan olunmuşdu. Bu müddət ərzində baş vermiş döyüşlərdə azı 75 nəfər ölüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR