WSJ: ABŞ Suriyada hərbi çevrilişə cəhd edib

WSJ: ABŞ Suriyada hərbi çevrilişə cəhd edib
08:27 24 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ bir neçə il ərzində Suriyada hərbi çevriliş həyata keçirməyə cəhd edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.

Məlumata əsasən, Bəşər Əsədi hakimiyyətdən kənarlaşdırmaq məqsədilə Barak Obama administrasiyası bəzi Suriya hökumət nümayəndələri ilə məxfi məsləhətləşmələr də aparıb.
 
"ABŞ hərbi çevriliş həyata keçirmək üçün Əsəd rejiminin zəif nöqtələrini aşkar edib, onlardan  hərbi çevriliş həyata keçirmək üçün istifadə etmək niyyətində olub. Lakin 2012-ci ildə Obama administrasiyasının rejimi daxildən sarsıtmaq strategiyası  müvəffəqiyyətsizliyə uğrayıb. Bundan sonra ABŞ üsyançılara dəstək yolunu tutub, lakin bu da gözlənilən nəticələr verməyib", qəzet yazıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR