"Bu təzyiqləri erməni lobbisi təşkil edir" - Səməd Seyidov

"Bu təzyiqləri erməni lobbisi təşkil edir" - Səməd Seyidov
14:34 24 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikasının Dağlıq QarabağBölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev ABŞ konqresmeni Kris Smitin anti-Azərbaycan qətnaməsi layihəsinə qarşı qanunverici təşəbbüslə çıxışı hələlik komitə səviyyəsində müzakirə olunmayıb”.

 

APA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan-ABŞ parlamentlərarası işçi qrupunun rəhbəri Səməd Seyidov bildirib. O qeyd edib ki, təşəbbüs irəli sürməklə R. Rzayev konstitusion hüququndan istifadə edir: “Mən Rövşən müəllimi başa düşürəm. Son zamanlar müxtəlif qurumlar, ölkələr, insan haqlarını alətə çevirərək, dövlətlərə təzyiqlər edir. Bu təzyiqləri anti-Azərbaycan, erməni lobbisinin təşkil etdiyi aşkardır”.
 
S. Seyidov layihənin Konqresdə  dəstək görəcəyinə inanmadığını deyib: “Layihədə iftiralar, həqiqətə uyğun olmayan məsələlər yer alıb. Bu qanun layihəsinin ABŞ Konqresində hər hansı bir dəstəyi qazanmasına inanmıram. Kris Smit də konstitusion hüququndan istifadə edib. Ancaq insan hüquqlarından təzyiq vasitəsi kimi istifadə olunmasının əleyhinəyik".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR