"Günəşli" yatagındakı qəza ilə bağlı "PAŞA Həyat"a 57 müraciət daxil olub

"Günəşli" yatagındakı qəza ilə bağlı "PAŞA Həyat"a  57 müraciət daxil olub
17:53 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Dekabrın 4-də "Günəşli" yatagındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə bağlı SOCAR-ın müvafiq idarələrindən "PAŞA Həyat" sığorta şirkətinə ümumilikdə 57 müraciət daxil olub.

Bunu Trend-ə sığorta şirkətinin mətbuat xidmətinin rəhbəri Elnur Hüseynquliyev deyib.

Onun sözlərinə görə, baş vermiş hadisə ilə bağlı daxil olmuş müraciətlərin 30-u ölüm, 27-si isə xəsarət halları ilə bağlıdır: "Hazırda müraciət olunalar üzrə sığorta ödənişlərinin verilməsi üçün ölən və xəsarət alan şəxslərlə bağlı müvafiq dövlət qurumlarından lazım olan digər sənədlər toplanılır".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR