İran istehsal etdiyi ağır suyun artıq qalan hissəsini ABŞ satmaq istəyir

İran istehsal etdiyi ağır suyun artıq qalan hissəsini ABŞ satmaq istəyir
19:47 24 Dekabr 2015
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ İran istehsal etdiyi ağır suyun artıq qalan hissəsini ABŞ satmaq istəyir.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi deyib.
"Biz 160 ton ağır su istehsal etmişik. Onun 130 tonunu Ərakdakı atom reaktorunda istifadə edəcəyik. Qalan 30 tonunu isə bu il iyulun 14-də atom məslələsinə dair əldə edilən razılaşmaya əsasən satışa çıxaracağıq. ABŞ potensial müştəri kimi onun keyfiyyəti tanış olub, dünyanın ən böyük ağır su alıcısı kimi bunu ala bilər", - deyə o vurğulayıb.
Ə.Salehi qeyd edib ki, İran bu suyu pul və ya təbii uran qarışığı mübadiləsilə istənilən ölkəyə, o cümlədən ABŞ-a verməyə hazırdır.

Xəbərin orijinal ünvanı: http://report.az/region/i-ran-istehsal-etdiyi-agir-suyun-artiq-qalan-hissesi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR