"İnter"ə yeni prezident gəldi, daha 3 əcnəbi yola salındı

"İnter"ə yeni prezident gəldi, daha 3 əcnəbi yola salındı
20:52 24 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Dünən "İnter" klubuna prezident təyin olunan Rəşad Qasımovun gəlişindən sonra əməli işlərə başlanılıb. Fanat.az qaynar.info-ya istinadən xəbər verir ki, artıq yola salınan futbolçulardan 4-nün adı bəllidi.

Bunlardan biri yığmamızda da çıxış etmiş Şimali Osetiyadan olan dayaq yarımmüdafiəçisi Abdulla Abatsiyevdi. Onun komandadan ayrılıb vətəni Rusiyaya üz tutduğunu daha öncədən xəbər vermişdik.

Elə alban hücumameyilli yarımmüdafiəçi Emilyano Vila və ispan mərkəz müdafiəçi İvan Benitesin də komandadan getmək ehtimalının olduğunu nəzərinizə çatdırmışdıq. Artıq onlara da "qırmızı işıq" yandırılıb.

Komandadan ayrılması dəqiqləşən digər oyunçu da İspaniyadandı. Söhbət Xuanfran kimi də tanınan Xuan Fransiskodan gedir. Qarşıdakı günlərdə daha bir neçə futbolçunun yola salına biləcəyi istisna olunmur.

Qeyd edək ki, cari mövsüm Azərbaycan Premyer Liqasında Abdulla Abatsiyev 11, Xuan Fransisko 7 və Emilyano Vila 6 oyun keçirib. Yayda klubdan ayrılan, ancaq sonradan geri dönən "Barselona"ın sabiq futbolçusu İvan Benitesə isə baş məşqçi Zaur Svanadze bir dəfə də olsun şans verməyib.

Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotnterquot-yeni-prezident-gldi-daha-3-cnbi-yola-salnd-t46393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR