Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Milli Kitabxanasının virtual oxu zalı yaradılacaq

Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Milli Kitabxanasının virtual oxu zalı yaradılacaq
14:08 25 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC 
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının (AMK) direktoru, professor Kərim Tahirov və informasiyalaşdırma və texnoloji inkişaf üzrə direktor müavini Elçin Musayev bu həftə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında olublar.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşdə əsas məqsəd hər iki kitabxana arasında ikitərəfli əlaqələrin qurulması və həmin kitabxanada Azərbaycan Milli Kitabxanasının virtual oxu zalının açılması məsələsinin müzakirəsi olub.
K.Tahirov Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyi tərəfindən Xarici Ədəbiyyat Kitabxanasında yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinin daha da canlandırılması, inkişaf etdirilməsi və mütəmadi olaraq yeni ədəbiyyatla təchiz olunması, Fond tərəfindən başlanmış uğurlu işlərin davam etdirilməsi məsələlərini ev sahibləri ilə müzakirəyə təqdim edib. Azərbaycan klassiklərinin əsərlərinin birgə iki dildə nəşrə hazırlanması və başqa məsələlər müzakirə olunub.
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru V.Duda qarşılıqlı əməkdaşlığın onlar üçün də maraqlı olduğunu, bundan hər iki kitabxananın oxucularının bəhrələnəcəyini qeyd edib. O, eyni zamanda Azərbaycan Milli Kitabxanasının virtual oxu zalının təkcə bu kitabxanada deyil, gələcəkdə həmin kitabxananın Rusiyanın 20 iri şəhərində olan filiallarında da açılmasını mümkün hesab edib. Baş direktor eyni zamanda qarşılıqlı əməkdaşlığın onların kitabxanasında mövcud olan Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinin canlandırılmasına da müsbət təsir göstərəcəyini vurğulayaraq Moskvada yaşayan azərbaycanlılar üçün Milli Kitabxananın elektron resursları, o cümlədən elektron kitablar, dövri və ardı davam edən nəşrlər (qəzet, jurnal, elmi əsərlər və s.) ümumilikdə 125 min nüsxədən artıq sənədin əhəmiyyətli rol oynayacağına ümidvar olduğunu söyləyib. Hazırda bu resursların siyahısı kitabxananın saytında və elektron kitabxanasında təqdim olunur, lakin tam mətnlərə yalnız kitabxana daxilində çıxış var və məsafədən istifadə mümkün deyildir. Buna görə də V.Duda AMK-nın virtual oxu zalının Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmasını təklif edib.
Kərim Tahirov bu təklifin Heydər Əliyev Fondunun rəhbərliyi ilə müzakirə olunacağını və əldə olunan nəticənin onlara çatdıralacağını deyib. Azərbaycan Milli Kitabxanasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna ciddi əməl etdiyini və elektron resurslara çıxışı yalnız Xarici Ədəbiyyat Kitabxanasının daxilində və qeyri kommersiya məqsədilə istifadəsi mümkün ola biləcəyini bildirərək ondan regionlarda istifadə olunması məqsədilə xüsusi proqramın işlənməsini vacib hesab edib.
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Baş direktorunun məsləhətçisi V.Zaytsev kitabxananın Heydər Əliyev Fondu ilə birgə 2012-ci ildə M.F.Axundovun əsərlərinin bir hissəsinin iki dildə çap olunmasından danışaraq, bu təcrübənin davam etdirilməsini, Azərbaycan klassiklərinin və müasir müəlliflərin əsərlərinin tərcümə olunaraq 2 dildə çapını təklif edib.
Xarici Ədəbiyyat şöbəsinin müdiri S.A.Qoroxova klassik əsərlərin müasir tərcüməsinin məqsədyönlü olacağını dilə gətirərək, nəşrlərin hazırlanmasına cavan tərcüməçilərin cəlb edilməsini məqsədəuyğun sayıb. Kitabxananın Beynəlxalq Mədəniyyət Mərkəzində “Tərcümə məktəbi” peşəkar inkişaf proqramının fəaliyyət göstərdiyini, proqrama cavan tərcüməçilərin cəlb edildiyini, Azərbaycan yazıçılarının əsərlərinin tərcüməsnin onlar üçün böyük praktiki təcrübə olacağını bildirib.
V.Duda hazırda arxiv sənədlərinin, o cümlədən əlyazmaların rəqəmdsallaşdırılmasının aktuallığından danışaraq “Moskva muzey, arxiv və kitabxanalarında Azərbaycan əlyazmaları kolleksiyası” toplu kataloq layihəsini təqdim edərək rəhbərlik etdiyi kitabxanada, eləcə də Moskvanın digər kitabxana, muzey və arxivlərdə Azərbaycana aid çoxlu sayda əlyazmaların qorunduğunu, rəqəmsallaşmanın çox böyük layihə, elmi iş olduğunu, bu layihənin həyata keçməsində Azərbaycan Milli Kitabxanasının elmi məsləhətçi ola biləcəyini söyləyib. O, hazırda 1,6 milyon tam mətni olan Rusiya elektron kitabxanasına gələcəkdə çıxışı təmin etmək məqsədilə Azərbaycan Milli Kitabxnasında da virtual oxu zalının açılmasını təklif edib. Azərbaycan tərəfi bu təklifi alqışladıqlarını bildirib.
Görüşün sonunda Azərbaycan Milli Kitabxnası və M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası arasında müqavilə imzalanması, virtual oxu zalının açılması üçün texniki məsələlərin həllinə başlanılması, birgə səylər əsasında Azərbaycan mədəniyyət mərkəzinin işinin inkişaf etdirilməsi və digər məsələlərin reallaşdırılması üçün lazimi işlərin görülməsi qərara alınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

13 yaşlı fotoqraf vəhşi təbiəti ƏLÇATAN YAXINLIQDA ÇƏKİR

25 Sentyabr 2017 17:43

Azərbaycan 1-ci qrup əlillərə və hərbi qulluqçulara islah işləri təyin olunmayacaq

25 Sentyabr 2017 17:42

Kərküklə bağlı qərar verildi

25 Sentyabr 2017 17:42

İnsan dərisilə üzlənən kitab - SON CÜMLƏ DƏHŞƏT SAÇIR - FOTOLAR

25 Sentyabr 2017 17:38

İstanbulda ombudsmanlar müsəlman ölkələrindəki müharibələri müzakirə ediblər

25 Sentyabr 2017 17:37

Müdafiə naziri Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

25 Sentyabr 2017 17:37

Sentyabrın 26-na manatın məzənnəsi

25 Sentyabr 2017 17:37

Bu smartfonun kamerası “ən yaxşı” adına layiq görülüb

25 Sentyabr 2017 17:35

Azərbaycan “ITU Telecom World 2017” beynəlxalq sərgi-konfransında təmsil olunur

25 Sentyabr 2017 17:35

Səidə bu səbəbə görə Niyamla ailə qurmayıb: "Dedi ki..."

25 Sentyabr 2017 17:34

Ankara İrana görə bu ölkəyə ORDU YERİDƏ BİLƏR - Türkiyədən AÇIQLAMA

25 Sentyabr 2017 17:33

Tamaşaçıları avtobuslarla pulsuz daşınacaq

25 Sentyabr 2017 17:28

Mübariz Qurbanlı QMİ-nin məscidlərə təyin edilən din xadimlərini “imam” adlandırmasına münasibət bildirib

25 Sentyabr 2017 17:27

“Qarabağ” – “Roma” oyununa gedənlər mütləq oxusun: POLİSDƏN XƏBƏRDARLIQ

25 Sentyabr 2017 17:24

Yaponiya erkən seçkilərə gedir

25 Sentyabr 2017 17:23

Cəlilabadda iki uşaq atası intihar edib

25 Sentyabr 2017 17:22

Dənizkənarı Milli Parkdan toplanan tullantıların həcmi açıqlanıb

25 Sentyabr 2017 17:22

Ata məktəbli qızını boğdu, sonra yandırdı

25 Sentyabr 2017 17:20

Son günlərini yaşayan "Şanxay"dan FOTOREPORTAJ - Daha burada ilanlar öpüşməyəcək

25 Sentyabr 2017 17:18

DYP “Qarabağ”-“Roma” oyunu ilə əlaqədar olaraq sürücülərə müraciət edib

25 Sentyabr 2017 17:17

"Qarabağ" - "Roma" oyununda pulsuz avtobuslar işləyəcək

25 Sentyabr 2017 17:17

Azərbaycana gətirilən qanunsuz siqaret aşkarlandı

25 Sentyabr 2017 17:14

Avtomobil qaçıran şəxs saxlanılıb

25 Sentyabr 2017 17:14

Manatın sabaha MƏZƏNNƏSİ

25 Sentyabr 2017 17:13

Sentyabrın 29-da Bakının mərkəzində YÜRÜŞ OLACAQ

25 Sentyabr 2017 17:08

“Qarabağ”–“Roma” oyununun azarkeşləri stadiona xüsusi avtobuslarla daşınacaq

25 Sentyabr 2017 17:08

"Report": Qızılın qiyməti kəskin düşəcək

25 Sentyabr 2017 17:07

PKK hücuma keçdi: 1 ölü, 5 yaralı

25 Sentyabr 2017 17:04

Çavuşoğlu: “Türkiyə hərbi əməliyyata başlayacaq”

25 Sentyabr 2017 17:03

Azərbaycanda yeni tikilən pullu yolla bağlı

25 Sentyabr 2017 17:03

Bakıda “Qarabağ”-“Roma” oyunu üçün xüsusi ekspress xətt avtobusları işləyəcək

25 Sentyabr 2017 17:02

Kərkükdə vəziyyət necədir?

25 Sentyabr 2017 17:01

İraq parlamentində Kərkükə hərbçilərin yerləşdirilməsi haqqında qərar qəbul olunub

25 Sentyabr 2017 16:57

Jurnalistlər "Qarabağ"dan nə gözləyir? - SORĞU

25 Sentyabr 2017 16:57

Bu həftə bürcləri nələr gözləyir?

25 Sentyabr 2017 16:55

Elektrik motorlu yeni "Road Rover" GƏLİR

25 Sentyabr 2017 16:53

Azərbaycanda gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkar olunub

25 Sentyabr 2017 16:52

Qadına məxsus maşını qaçıran şəxs tutulub

25 Sentyabr 2017 16:52

Azərbaycanda karantin əhəmiyyətli ziyanlı orqanizmlərin atlası hazırlanacaq

25 Sentyabr 2017 16:52

Erməni əsilli müğənni rusiyalı aparıcını təpiklədi

25 Sentyabr 2017 16:49

ABŞ-ın dünyanı alt-üst edən sirli siması KƏRKÜKƏ GƏLDİ - Kürdlərlə GİZLİ TOPLANTI

25 Sentyabr 2017 16:48

Ərdoğan və Putin arasında telefon söhbəti oldu

25 Sentyabr 2017 16:43

Azərbaycan və Acarıstan kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edib

25 Sentyabr 2017 16:42

Türkiyə XİN başçısı: “Türkmənlərə qarşı hənsısa müdaxilə olarsa, hərbi əməliyyata başlayacağıq”

25 Sentyabr 2017 16:42

Zakir Qaralov Rusiyada səfərdə olub

25 Sentyabr 2017 16:42

Ərdoğan və Putin referendum müzakirə etdi

25 Sentyabr 2017 16:41

Yardımlının dağ kəndində çətin vəziyyətdə yaşayan ailənin problemi HƏLL EDİLDİ - FOTO

25 Sentyabr 2017 16:38

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

25 Sentyabr 2017 16:37

Türkiyənin müdafiə naziri Bakıya gəlir

25 Sentyabr 2017 16:34

Worldcard 5 yaşında:

25 Sentyabr 2017 16:34