Bakı. Trend:
Bakı istintaq təcridxanasında intihar etmiş şəxs hüquq-mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olmayıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətindən Trend-ə verilən məlumata görə, Bakı istintaq təcridxanasında intihar etmiş 177.3.3-cü maddəsi ilə (oğurluq) təqsirləndirilən və əvvəllər dəfələrlə məhkum edilmiş şəxs Manaf Paşayevin ondan bir neçə gün öncə intihar etmiş digər təqsirləndirilən şəxs hüquq-mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olması barədə yalan məlumatlardır.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, cəza-icra qanunvericiliyinə əsasən əvvəllər hüquq-mühafizə orqanlarında xidmət etmiş şəxslər digər həbs edilmiş şəxslərdən ayrı saxlanılırlar. Məhz bu səbəbdən göstərilən şəxslər nəinki eyni kamerada saxlanılmamış, hətta ayrı-ayrı rejim korpuslarında yerləşdirilmişdir.
Bizi Twitter-dən izləyin: @trend_az