Azərbaycan Dövlət Pedaqoji Universitetinin gələcək fəaliyyətinə aydınlıq gətirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin gələcək fəaliyyətinə aydınlıq gətirilib
10:42 26 Dekabr 2015
44 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ "Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qoşulması ilə bağlı Prezidentin müvafiq sərəncamına uyğun olaraq bu istiqamətdə lazımi işlər görülür". Bunu "Report"a açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
Nazir müavinin sözlərinə görə, bununla bağlı ADPU-nun ştat cədvəlinə yenidən baxılacaq: "Tərkib universitetin Elmi Şurası tərəfindən təsdiq olunacaq. Ümumilikdə ixtisaslar, baza, tələbələrin sayı və bütün digər göstəricilər nəzərə alınaraq təhlillər aparılacaq və buna uyğun yeni tərkib formalaşdırılacaq. Nəticəni gözləmək üçün də müəyyən vaxt tələb olunur".
C. Bayramov, həmçinin iki ali təhsil müəssisəsinin birləşdirilməsindən sonra tələbələrin ödəməli olduqları təhsil haqqı məsələsinə də aydınlıq gətirib: "Nəzərə almaq lazımdır ki, orada artıq təhsil alan tələbələr var. Təhsil haqqı ilə bağlı məsələyə ali təhsil müəssisəsi özü baxacaq. Burada son qərar yoxdur, lakin hazırda tələbə kimi oxuyan və müəyyən məbləğdə təhsil haqqı ödəyən tələbələrə imkan verilə bilər ki, təhsillərini başa çatdırana qədər eyni şərtlər əsasında ödəmə etsinlər".
Qeyd edək ki, noyabrın 26-da Prezident İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Cəlilabad, Qazax, Quba, Şamaxı, Şəki və Zaqatala filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları hesab olunur.


Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/azerbaycan-dovlet-pedaqoji-universitetinin-gelecek-fealiyyetine-aydinliq-getirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR