Azərbaycanda neft daşıyan qatarın üstünə elektrik xətti düşdü

Azərbaycanda neft daşıyan qatarın üstünə elektrik xətti düşdü
11:26 26 Dekabr 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Sanqaçaldan Gürcüstana xam neft daşıyan qatarda yanğın olub.

ANS PRESS-in məlumatına görə, Şəmkir şəhərində Gürcüstan Respublikasına məxsus 36 vaqondan ibarət xam neft məhsulu daşıyan qatarın 15-ci vaqonu qismən və əraziyə dağılmış məhsul yanıb. Hadisə gecə saat 3 radələrində baş verib. insident yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları yanğının dərhal söndürüblər. Digər vaqonlar yanğından mühafizə olunub.



Sanqaçal, Şəmkir, Gürcüstan


Hadisə ilə məsələyə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nadir Əzməmədov da aydınlıq gətirib:

"Sanqaçaldan Gürcüstana xan neft aparan qatarda vaqonun birinin üzərinə elektirik naqilinin düşməsi yanğına səbəb olub. Amma FHN-nin əməkdaşları dərhal hadisə yerinə gəldikləri üçün yanğın genişlənməyib. Həmin vaqonlar 3-4 qatdan ibarət olur. Vaqonun üzərinə düşən naqil nəticəsində çıxan qığılcımdan üz qabığı yanıb. Yanğının qarşısı dərhal alınıb, qatar da yola salınıb. Hadisə zamanı xəsarət alan olmayıb, sadəcə vaqona bir az ziyan dəyib" - deyə qurum rəsmisi əlavə edib.


Nadir Əzməmədov - "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368219

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR