Dünyanın ən kök adamı öldü

Dünyanın ən kök adamı öldü
03:01 27 Dekabr 2015
112 Şou
Ölkə mətbuatı
A- A+

Dünyanın ən kök adamı hesab olunan Andres Moreno Meksikanın Syudad Obreqon şəhərində vəfat edib.

Axşam.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, 38 yaşlı Morenonun ölümünə peritonitin fəsadları və infarkt səbəb olub. Bu yaxınlaradək 444 kiloqram çəkisi olan meksikalı oktyabrın sonunda mədəsindən əməliyyat olunmuş və 323 kiloqrama qədər arıqlamışdı. Noyabrın sonlarında isə kəskin peritonit səbəbi ilə yenidən əməliyyat keçirmişdi.

Öz həyatını dəyişməyə söz verən Moreno bütün cərrahi əməliyyatlardan sonra müstəqil surətdə 30 kiloqrama qədər arıqlamağa nail olmuşdu.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43237

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR