Şəhərin mərkəzində 13 avtomobil yandırılıb – İSTANBULDA

Şəhərin mərkəzində 13 avtomobil yandırılıb – İSTANBULDA
12:24 27 Dekabr 2015
60 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulun Zeytinburnu və Şişli adlanan hissələrində naməlum şəxslər avtomobilləri yandırıb. Lent.az Cihan xəbər agentliyinə istinadən məlumat verir ki, avtomobillərin yandırılmasına yerli vaxtla saat 01-dən etibarən başlanılıb. naməlum şəxslər yol kənarında parkinq edilmiş 13 avtomobilin üstünə benzin töküb və dərhal hadisə yerindən uzaqlaşıb. Dərhal olay yerinə yanğınsöndürənlər və polis qüvvələri gəlib, ətrafda təhlükəsizlik tədbirləri gücləndirilib.

 

 

İlkin araşdırmalar nəticəsində 5 avtomobilin tamamilə yandığı, digərlərinin isə qismən yandığı müəyyən edilib.

 

İctimai asayişi pozaraq insanların əmlakına qəsd edənlərin tapılması istiqamətində iş aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR