"İslam dövləti"nin lideri Əbubəkr Əl-Bağdadinin hamıya tezliklə terrorçu qruplaşmanın sıralarına qoşulmaq çağırışı dünya müsəlmanları tərəfindən istehza ilə qarşılanıb.
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, İyad əl-Bağdadi terrorçuların liderinin mesajını tərcümə edərək özünün Twitter-dəki mikrobloqunda yayandan sonra yüzlərlə müsəlman bu çağırışa lağ edib.
Beləliklə, onlar İŞİD-ə qarşı etirazlarını və sülh dolu bir dinə ibadət etdiklərini bildiriblər.
"Bazar günü "Ulduz müharibələri"nə baxacam, bəlkə, sonra..." - @my69cents təxəllüslü istifadəçi yazıb.
Sorry, I am busy watching Netflix. https://twitter.com/iyad_elbaghdadi/status/680776223606333440 ...
"Bağışlayın, Netflix kanalına baxıram, məşğulam", - @TheDjingo yazıb.
"Başımı yuyuram", - @falafelandchips təxəllüslü qadın istifadəçi bildirib.
"İD, bağışlayın. Bu müsəlman təzə oyanıb, qəhvəyə ehtiyacı var. Üstəlik, bu gün Milada görə istirahətdəyik, ailəyə vaxt ayırmaq zamanıdır. Cəhənnəm ol!" - @SalmanSoz cavab verib.
"Qaqa, qabları yumalıyam", - @RasheedAB yazıb.
ISIS leaders: We urgently call upon every Muslim to join the fight, especially those in the land of the two shrines (Saudi Arabia), rise.
Читать@iyad_elbaghdadi gotta do the dishes bruv
- 55 Ретвитов
- 1616 отметок "Нравится"
"A kişi, imtahan gəlir e", - @Aly_Ashraf bildirib.
"Deyirsiniz, sizə qoşulmalıyam, amma "Lester Siti"nin (İngiltərənin futbol klubu - red.) Liqa çempionu olmasını görməməliyəm? Həyatda olmaz! - @anjum_meer hiddətlənib.
"Bağışlayasan, komandir, həkimə gedəsiyəm", - @mark_ignatius cavab verib.
"Tviti çox gec gördüm. Bəlkə, gələn həftə?" - @documaraftab sual edib.
ISIS leaders: We urgently call upon every Muslim to join the fight, especially those in the land of the two shrines (Saudi Arabia), rise.
Читать@iyad_elbaghdadi sorry. Saw the tweet late. Next week, maybe?
- Ретвитов
- отметок "Нравится"
"Hinduşkadan o qədər yemişəm ki, tərpənə bilmirəm. Bəlkə, fevrala qalsın?" - @SteveSteveblog zarafat edib.
"Bağışlayın, uşaqlar. Milad həftəsidir, bütün reyslərə yerlər dolub", - @HelloGeorgeN yazıb.
Milli.Az