Tullantılarla Yeni il bayramı (VİDEO)

20:36 27 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il Gürcüstanda yenə də özünəməxsus şəkildə qeyd olunacaq.

ANS TV-nin məlumatına görə, ümumilikdə 131 məktəblinin iştirak etdiyi sərgi “Tullantılardan Yeni il yolkası hazırla” adı ilə keçirilirdi.

Final mərhələsinə adlaya bilən 35 iştirakçı kağız, plastmas, şüşə və istifadəyə yararsız yüzlərlə müxtəlif ləvazimatlardan hazırladıqları yeni il ağaclarını təqdim edirdilər.

Təşkilatçıların sözlərinə görə, sərgiyə hər il daha artıq insan qoşulur və onların əl işlərilə bütün şəhər sakinləri və qonaqlar tanış ola bilir.

“Bu sərgini artıq 3-cü ildir ki, keçiririk. Sərgidə əsas məqsədimiz uşaqların asudə vaxtlarını daha səmərəli keçirmələri və onların xüsusi bacarıqlarını ortaya çıxarmaqdır. Həmçinin onları təmizliyə riayət etməyi öyrətməkdən ibarətdir. Bu aksiyanın şəhərimizin ekologiyasına da xeyirli olduğunu deyə bilərəm”,- deyə təşkilatçı qeyd edib.

İştirakçılar arasında fiziki məhdudiyyətli və taun sindromlu uşaqlar da yer alırdı.

Hazırlanan qeyri-adi yolkalar arasında daha çox fərqlənənlər isə təşkilatçılar tərəfindən xüsusi qiymətləndirildi.

“Mənim yolkam ən uğurlu əl işi hesab edildi. Mən bu yolkanın hazırlanmasında bir çox məmulatlardan istifadə etmişəm. Bu yolkanın üzərində - qırılmış boşqab parçaları, limonad bankası, flakon qapaqları, bildiyimiz enerji batareyaları və digər əşyalar görmək olar”, – deyə iştirakçı bildirib.

Aksiyada iştirak edən uşaqlara sertifikatlar və həvəsləndirici mükafatlar da təqdim edildi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368289

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR