Azərbaycanın 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirmələrə tam yekun vurulub

Azərbaycanın 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirmələrə tam yekun vurulub
09:32 28 Dekabr 2015
107 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Gəncə şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb. Təhsil Nazirliyindən "Report"a verilən xəbərə görə, şəhərin 12 nömrəli tam orta məktəbdə keçirilən diaqnostik qiymətləndirmədə 3 500-dən artıq müəllim iştirak edib.
Xatırladaq ki, ölkənin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirmələrə tam yekun vurulub. Noyabrın sonundan başlayan imtahanlarda Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin və Xaçmaz, Masallı, Cəlilabad, Hacıqabul, Sabirabad, İmişli, Saatlı, Abşeron, Qubadlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 26 000-ə qədər müəllim iştirak edib. İmtahanlar proqram təminatı əsasında kompüterlər vasitəsilə keçirilib.
Xaçmaz rayonunda keçirilən imtahanlarda dəvət olunan müəllimlərin 98,5 faizi, Masallı rayonunda keçirilən imtahanlarda 99,17 faizi, Şirvan şəhərində keçirilən imtahanlarda 98,4 faizi, Sumqayıt şəhərində keçirilən imtahanlarda 99,04 faizi, Gəncə şəhərində keçirilən imtahanlarda isə 99,14 faizi iştirak edib.
Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında müvafiq olaraq inkişafyönümlü təlimlərə cəlb edilməsidir.
Qeyd edək ki, gələn ilin yanvarın 1-dən etibarən bilik və bacarıqları diaqnostik qiymətləndirilən müəllimlərin əmək haqqı artırılacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/azerbaycanin-12-bolgesi-uzre-kecirilen-diaqnostik-qiymetlendirmelere-tam-yekun-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR