Ağstafada bayram şənliklərinə start verilib

Ağstafada bayram şənliklərinə start verilib
13:33 28 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Ağstafa, 28 dekabr, AZƏRTAC
Ağstafa rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar hazırlıq işləri başa çatıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Ağstafa şəhərinin bütün küçələri bayramsayağı bəzədilib və şəhərin ən böyük yolkası Səməd Vurğun adına parkda qurulub. İlk şənliklər uşaq bağçalarında təşkil olunur.
Belə tədbirlərdən biri də şəhər 2 saylı uşaq bağçası-körpələr evində keçirilib. Şaxta baba və Qar qızının müşayiəti ilə keçirilən şənlikdə balaca fidanlar vətənpərvərlik şeirləri və mahnılar səsləndiriblər. Yolka ətrafında musiqi sədaları altında dövrə vuran uşaqlar bayrama həsr olunmuş maraqlı kompozisiyalar nümayiş etdiriblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agstafada_bayram_senliklerine_start_verilib-914884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR