"Report" xəbər verir ki, Lənkəran Baytarlıq İdarəsinə daxil olan məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşları ilə birlikdə həyata keçirilən əməliyyat nəticəsində Osaküçə kəndi ərazisindəki meşə massivində mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran üç baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilərək götürülüb.
Lənkəran Baytarlıq İdarəsindən verilən məlumata görə, heyvan cəmdəkləri müayinə olunmaq üçün Respublika Baytarlıq Labaratoriyasına təhvil veriləcək.
Faktla bağlı araşdırmalar davam etdirilir.