Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb

Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb
15:23 28 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 28-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 160-170, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-70 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 162 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik baş verməyib. Bu məntəqədə su sərfi saniyədə 46 kubmetr olub.
Kür çayının aşağı axınında suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 420, Şirvanda 313, Salyanda 290, Bankədə 208, Novruzlu məntəqəsində isə 155 santimetrdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kur_chayinin_asagi_axininda_suyun_seviyyesi_azalib-914926

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR