Barboskin ailəsi uşaqlara Yeni il proqramını təqdim edib

Barboskin ailəsi uşaqlara Yeni il proqramını təqdim edib
16:08 28 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Heydər Əliyev Sarayında “Barboskinlərdə Yeni il” tamaşası nümayiş edilib.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uşaqlar və onların valideynləri üçün maraqlı, rəngarəng, interaktiv və qeyri-adi akrobatik elementlərdən ibarət tamaşa təqdim olunub. Səhnədə peşəkar teatr aktyorları və sirk akrobatları çıxış edib.
“Barboskinlərdə Yeni il” tamaşasında canlı simalar, müasir tərtibat, real detektiv hekayə, hadisələrin gözlənilməz dönüşü, akrobatik elementlər olan möhtəşəm nömrələr və çox gülməli səhnələr tamaşaçıların marağına səbəb olub.
Səhnədə Barboskin ailəsinə daha iki personaj – Yeni ilin simvolları Şaxta baba və Qar qız da qoşulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Barboskin_ailesi_usaqlara_Yeni_il_proqramini_teqdim_edib-914953

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR