Bakı. 28 dekabr. REPORT.AZ/ İsrailin Rişon le Tsion şəhərinin mərkəzində avtomobil partlayıb.
"Report" "İzrus"a istinadən xəbər verir ki, hadisə yerində dörd nəfər yaralanıb.
Artıq insident baş vermiş əraziyə təcili tibbi yardım maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Partlayışın səbəbləri araşdırılır.