Nəqliyyat Nazirliyinin balansındakı avtomobil yolları "Azəryolservis"ə verilir

Nəqliyyat Nazirliyinin balansındakı avtomobil yolları "Azəryolservis"ə verilir
17:27 28 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yeni sərəncama əsasən, 2007-ci il 22 fevral tarixli sərəncamda aşağıdakı dəyişikliklər edilir:

1-ci hissədən "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində" sözləri çıxarılır.

Nazirlər Kabinetinə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnaməsinin və strukturunun layihələrini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək; "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək; Nəqliyyat Nazirliyinin balansında olan avtomobil yollarının "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsini bir ay müddətində təmin etmək; bu sərəncama əsasən, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin balansına verilən avtomobil yollarının idarə olunması, təmiri, saxlanması, qorunması və yenidən qurulması xərcləri ilə bağlı illik büdcə vəsaitinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinə ayrılmasını təmin etmək; Azərbaycan Respublikası prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə iki ay müddətində Azərbaycan prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/393765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR