Paytaxtın Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Paytaxtın Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
20:32 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Paytaxtın Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. 
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildiriblər ki, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 219 millimetrlik yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə dekabrın 29-da saat 9-dan 18-dək Sabunçu rayonunun Bakıxanov, Balaxanı, Bilgəh, Maştağa, Pirşağı və Kürdəxanı qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR