“Odlar yurdu” kompyuter oyunu üzrə turnir keçirilib

“Odlar yurdu” kompyuter oyunu üzrə turnir keçirilib
00:48 29 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyi və Azərbaycan Kiber İdman Federasiyası tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Odlar yurdu” kompyuter oyunu üzrə turnir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, rus və ingilis dillərində hazırlanan oyunda sivilizasiyanın ən qədim ocaqlarından olan ölkəmizin qədim tarixi haqqında maraqlı faktlar yer alıb. Bu strategiya oyunu vasitəsilə gənc iştirakçılar zəngin keçmişimizə səyahət edib, Azərbaycanı qarış-qarış gəzib, xalqımızın yaddaşında əbədi iz qoymuş dahi şəxsiyyətlər və vətənimizin tarixi ilə bağlı dəyərli məlumatlar əldə ediblər.
Üç epizoddan ibarət oyunun hər mərhələsi Azərbaycanın bir məşhur sərkərdəsinə həsr edilib. Bu mərhələlərdə istifadəçilər Atropat, Cavanşır və Babəkin keçdiyi qəhrəmanlıq salnaməsi ilə tanış olublar.
Olimpiya sistemi üzrə keçirilən oyunda ümumilikdə 100-ə yaxın iştirakçı qüvvəsini sınayıb. Yarışın sonunda qaliblər Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kiber İdman Federasiyasının diplomları ilə təltif olunublar.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Odlar_yurdu_kompyuter_oyunu_uzre_turnir_kechirilib-915111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR