Məşhur müğənniyə prezidentdən sərt təpki: "Adamlarını döyün" (VİDEO, FOTO)

Məşhur müğənniyə prezidentdən sərt təpki: "Adamlarını döyün" (VİDEO, FOTO)
09:21 29 Dekabr 2015
57 Şou
Ölkə mətbuatı
A- A+

Şri-Lankanın prezidenti Maytripala Sirisena məşhur müğənni Enrike İqlesiasın ölkəsindəki baş tutmuş konsertini bəyənməyib.

ANS PRESS-in məlumatına görə, o, dekabrın 20-də paytaxt Kolomboda müğənninin konsertinin təşkilatçılarının sərt cəzalanmasına göstəriş verib.

Prezidentin əmrinə görə, müğənnin komandasının üzvləri orta əsrlərdəki kimi cəzalanmalıdır. Sirisena onların zəhərli yamac quyruğu ilə döyülməsinə təklif edib.

Prezidenti qəzəbləndirən səbəb isə Enrike İqlesiasın konsertində yerli xanımların davranışı olub. Belə ki, konsert zamanı zaldakı qızlar və qadınlar büstqalterlərini çıxararaq İqlesiasa atıblar. Onlar tək soyunmaqla kifayətlənməyiblər. Bəzi qızlar alt paltarsız halda səhnəyə dırmaşaraq İqlesiası öpməyə çalışıblar.


Enriki İqlesias - müğənni

Çox maraqlıdır ki, Sirisena başını itirmiş fanatlarını cəzalandırmayıb. Lakin o, iradını bildirərək konsertə biletlərin 35-350 dollara kimi çox baha qiymətə satılmasını qeyd edib. Hələ bu barədə Enriki İqlesiasın komandası tərəfindən rəy bildirməyib.


Şri-Lankanın prezidenti Maytripala Sirisena

Dünyada latınamerikası musiqisinin ən parlaq nümayəndələrindən olan Enrike İqlesiasın mükafatlar kolleksiyasında çoxlu sayda "Qremi" və "American Music Awards" heykəlcikləri var. İndiyə qədər 9 albom sahibi olan və dünyada 100 milyon diski satılıb. Enriki İqlesias bir müddət əvvəl səhnədə mahnı ifa edən zamanı əlini kəsib.


Enrike İqlesias - "Escape"

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368347

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR