Onun sözlərinə görə, bu azalma neft bazarındakı çətin vəziyyət, eləcə də Rusiya valyutasının devalvasiyaya uğraması ilə bağlıdır.
O bildirib ki, artıq 2015-ci ildə quruda aparılan seysmoloji kəşfiyyat işlərinin həcmi 2014-cü illə müqayisədə 20% aşağı düşüb, dəniz seysmoloji kəşfiyyatı isə təxminən 10% azalıb.
Ümumiyyətlə, "Rosgeologiya"da hazırda seysmik donanmada ixtisarlar gedir.