KATV1 2014-cü ili uğurla başa vurdu

KATV1 2014-cü ili uğurla başa vurdu
15:23 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

KATV1 kabel televiziyası 2014-cü ili bir çox nailiyyətlər və uğurlarla başa vurdu.

Belə ki, daim abunəçilərin rahatlığını təmin etməyə çalışan şirkətin Qaradağ rayonu Sahil qəsəbəsində, Səbail rayonunda və Yeni Yasamal yaşayış massivində 3 yeni xidmət mərkəzi istifadəyə verildi. Şirkətin zəng mərkəzi təkmilləşdirilərək genişləndirildi, yeni avadanlıqlar quraşdırıldı, rəqəmsal yayımda retranslyasiya olunan kanalların sayı artırıldı. Baza paketi (100 kanala qədər artırıldı, 10 radio kanal əlavə edildi) də daxil olmaqla müxtəlif paketlər daha maraqlı və rəngarəng kanallarla zənginləşdi.

2014-cü ildə KATV1 kabel televiziyasının tətbiq etdiyi ən böyük yeniliklərdən biri də optik və ezernet şəbəkəsi üzərindən təqdim olunan sürətli internet xidməti oldu. Artıq abunəçilər 5 mb/s-dən 100 mb/s-dək sürətli internetdən sərfəli qiymətlərlə yararlanmağa başladılar. Bundan əlavə, KATV1 kabel televiziyası il ərzində müxtəlif aksiyalar və kampaniyalarla müştəriləri sevindirməkdə davam etdi.

Dinamik inkişaf edən KATV1 kabel televiziyası bu tendensiyanı 2015-ci ildə də davam etdirəcək və müxtəlif yeniliklərlə abunəçilərin rəğbətini qazanacaq.

Qeyd edək ki, 2005-ci ildə yaradılan KATV1 kabel televiziyasının hazırda paytaxt Bakıda 13, Gəncə şəhərində 2, Mingəçevir və Xırdalan şəhərlərində 1 xidmət mərkəzi fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2349121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR