Azərbaycanda 52 yaşlı kişi intihar etmək istədi

Azərbaycanda 52 yaşlı kişi intihar etmək istədi
23:17 29 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Ağcabədidə 52 yaşlı kişi ayağından aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Milli.Az APA-ya istinadən bildirir ki, Ağcabədi rayon Poladlı kənd sakini Cəfərov Elman Cəfərqulu oğlu, sol ayağının topuq nahiyəsindən deşilmiş güllə yarası ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra, yaralı Bərdə Mərkəzi rayon Xəstəxanasına aparılıb.
 
APA-nın əməkdaşının əldə etdiyi məlumata görə, E. Cəfərov Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına ilkin ifadəsində intihar etmək istədiyini deyib.
 
Hüquq mühafizəçiləri hadisənin təfərrüatlarını araşdırır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR