"Azərsun"un tərkibinə daxil olan şirkətlərdən biri fəaliyyətini dayandırıb

"Azərsun"un tərkibinə daxil olan şirkətlərdən biri fəaliyyətini dayandırıb
10:49 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda aktivlərin idarə edilməsi fəaliyyəti ilə məşğul olan “Trust Asset Management” MMC ləğv olunub.

 

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Trust Asset Management” MMC ləğv olunduğunu elan edir.

 

Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 94 ünvanına bildirə bilərlər.

 

Xatırladaq ki, “Trust Asset Management” MMC “Trust Asset Management” MMC 22 iyul 2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 min manat təşkil edən şirkətin rəsmi təmsilçisi, “Azersun Holding” MMC-nin baş direktoru Ahmet Yemandır.

 

31 oktyabr 2014-cü il tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsitərəfindən “Trust Asset Management” MMC-yə aktivlərin idarə olunması üzrə fəaliyyət ilə məşğul olmaq üçün müddətsiz yeni xüsusi razılıq (lisenziya) verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR