Nardaran Polis bölməsinə yeni rəis müavini təyin edildi

Nardaran Polis bölməsinə yeni rəis müavini təyin edildi
17:48 30 Dekabr 2015
55 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsinə yeni rəis müavini təyin edilib. Bu barədə Trend-ə bölmədən məlumat verilib.

Məlumatda bildirilir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin rəis müavini, polis mayoru Tərxan Əhmədov vəzifəsindən azad edilərək Nardaran qəsəbəsində yeni yaradılmış 42-ci Polis bölməsinin rəis müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, 42-ci Polis bölməsinin rəisi vəzifəsini müvəqqəti olaraq polis polkovniki Azər Cahangirov icra edirdi.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2476015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR