Qırğızıstanın yeni ombudsmanı seçilib

Qırğızıstanın yeni ombudsmanı seçilib
22:38 30 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bişkek, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Qırğızıstan parlamenti-Joqorku Keneşdə insan hüquqları üzrə müvəkkilin - ombudsmanın seçilməsi ilə bağlı xüsusi iclas keçirilib.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, gizli səsvermə nəticəsində İctimai Televiziya və Radio Verilişləri Korporasiyasının keçmiş baş direktoru Kubat Otorbaev Qırğızıstanın ombudsmanı seçilib.
Ölkə qanunlarına görə, yeni ombudsman deputatlar qarşısında and içib.
 
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qirgizistanin_yeni_ombudsmani_sechilib-915685

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR